Bakıda güclü yanğın – YENİLƏNİB + FOTO/VİDEO

Bakının Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayış evində baş verən güclü yanğın söndürülüb.

Bununla bağlı Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

* * * * *

Bakıda daha bir güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində, məcburi köçkünlərin yaşadığı evlərdən birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayış evində yanğın olması barədə Nazirliyin çağrı mərkəzinə çağırış daxil olduğunu deyib:

“Yanğınla bağlı məlumat daxil olan kimi əraziyə Nazirliyin yanğından mühafizə xidmətinin müvafiq qüvvələri göndərilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *