Daha üç həkim koronavirusa yoluxdu

Azərbaycanda daha üç həkim koronavirusa yoluxub.

Bərdə Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxananın baş həkimi İftixar Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bərdədəki mərkəzin iki əməkdaşı burada müalicə alır:

“Bərdə Müalicə Diaqnostika Mərkəzindən üç nəfər buraya gətirilmişdi. Bir nəfər artıq evə buraxılıb. İki nəfərin isə vəziyyətli qənaətbəxşdir”.

Qeyd edək ki, Bərdə xəstəxanalarından ümumilikdə altı tibb işçisi COVID-19-a yoluxub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *