Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi – FOTO

Prezidentin köməkçisi Hikmət Hacıyev metro kartını göstərib.

Hikmət Hacıyev bugünkü brifinqdə ictimai nəqliyyatdan istifadə etdiyini demişdi.

Ona sual verən jurnalistə “Əgər ehtiyac varsa, brifinqdən sonra avtobus kartını göstərə bilərəm” demişdi.

O sözünün üstündə durub və brifinqdən sonra avtobus kartını jurnalistə göstərib.

Jurnalist Gülşən Raufqızı həmin fotonu sosial şəbəkədə paylaşıb.

Həmin fotonu təqdim edirik:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *