Bakıda 27 yaşlı gənc bıçaqlandı

Bakıda 27 yaşlı gənc bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdü Ə.Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işinə başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *