Bakıda 24 yaşlı gənc özünü bıçaqladı

Bakıda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Səfərov Elvin Elçin oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bud nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı əməliyyat olunub.