Almaniyada təyyarə evə çırpılıb, ölənlər və xəsarət alanlar var

Almaniyada kiçik mühərrikli təyyarə yaşayış evinə çırpılıb.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Vezel şəhərində, Şimali Reyn-Vestfaliyada baş verib.

Məlumata görə, hadisə zamanı azı 3 nəfər həlak olub. Nəşr qeyd edib ki, qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onlar arasında uşaq da var.
“Frankfurter Allgemeine Zeitung” qəzeti isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *