Qubada elektrik dirəyi aşıb, fındıq bağı yanıb – VİDEO

Quba rayonunun Rustov kəndi ərazisində elektrik dirəyinin aşması səbəbindən yanğın baş verib.

Median.Az report.az istinadən məlumata görə, yanğın nəticəsində 300 kvadratmetr sahədə quru kol-kos sahəsi və vətəndaşa məxsus 30 ədədə yaxın yeni əkilmiş fındıq ağacı yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *