COVID-19 testindən keçməyən turistlər bu ölkəyə buraxılmayacaq

Misir hökuməti ölkəyə gələn turistlərlə bağlı yeni qərar qəbul edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər bir əcnəbi səyahətçi bu ölkənin hava limanlarında maksimum 72 saat əvvəl COVID-19 testindən keçməsi barədə arayış təqdim etməlidir.

Yeni qayda avqustun 15-dən qüvvəyə minir, lakin o, Misirin kurort şəhərləri – Şarm əl-Şeyx, Taba, Hurqada, Marsa Ələm və Matruh şəhərlərinə birbaşa aviareyslərlə gələn əcnəbi turistlərə şamil olunmayacaq.

Qeyd edək ki, ümumi daxili məhsulunun 12 faizini turizmin təşkil etdiyi Misir oktyabrın 31-dək turistlər üçün viza rüsumunu ləğv edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *