Göygöldə piyadanı avtomobil vurub

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza Göygöl şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Knyaz Hacıyev yolu keçmək istəyərkən avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *