Hikmət Hacıyevdən çimərliklərdəki vəziyyətlə bağlı AÇIQLAMA

“Keçən həftə və bu həftə aparılan monitorinq onu deməyə əsas verir ki, çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir”.

Bunu Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, ötən həftəsonu bir az sıxlıq müşahidə edilib:

“Amma bunun aradan qaldırılması təmin olunub. Cimerlik.az portalına müraciət edən vətəndaşların sayı artmaqdadır. 40 minə yaxın vətəndaş artıq müraciət edib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *