Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi – RƏSMİ + VİDEO

Almaniyada COVID-19-la mübarizə çərçivəsində 10 min xəstənin məlumatları analiz edilərək, xəstəxanadaxili ölüm faizləri 22 faiz olaraq göstərilib.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, yaş qruplarına görə bu ölüm faizləri də stabil qalmayıb və dəyişir:

“Belə ki, 80 yaşdan yuxarı ölüm faizi 78 faiz, 70-80 yaş aralığında ölüm faizi 27 faiz, 60-70 yaş aralığında 15 faiz, 60 yaşdan aşağı 5 faiz olaraq qeydə alınıb.

Mərkəzi Neftçilər Xəstəxanasında ölüm faizi hazırda 12 faiz kimi qiymətləndirilib. Ümumilikdə Azərbaycanda COVID-a yoluxub ölənlərin faizi 1,5-1,6 arasında dəyişir”.

F.Sədirov əlavə edib ki, bu rəqəm İtaliya, Çin, İngiltərə kimi ölkələrlə müqayisədə, çox aşağıdır:

“Bu gün Azərbaycanda qeydə alınan ölümlərin digər ölkələrlə müqayisədə, aşağı olması vaxtında görülən qabaqlayıcı tədbirlərə görədir”.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *