Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon ərazisində baş verən yol qəzası nəticəsində biri az yaşlı olmaqla iki nəfər xəsarət alıb.

Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin təfərrüatları araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *