Bakıda restoranın kassası qarət edildi

Bakıda restoranda oğurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, Binəqədi rayonunda naməlum şəxs restoranlardan birinin kassasından 200 manat oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Fətəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *