Azərbaycan çempionu Premyer Liqada mübarizəyə qoşulur: Bu gün “Sabah”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında ilk turun üçüncü görüşü keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” bu gün ölkə çempionatında mübarizəyə qoşulacaq.

Ağdam klubu ilk turda öz meydanında güclənmiş “Sabah”la qarşılaşacaq. Görüş saat 20:00-da “Azərsun Arena”da keçiriləcək.

Qeyd edək ki, dünən açılış matçında “Keşlə” səfərdə “Sumqayıt”a əlavə olunan dəqiqədə qol vuraraq qalib gəlib – 1:0. Həmçinin “Neftçi” öz meydanında “Səbail”i 2:1 məğlub edib. Sabah isə “Qəbələ” – “Zirə” matçı ilə tura yekun vurulacaq.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *