Paytaxtın bəzi rayonunda su olmayacaq

Azərbaycanın bir neçə rayonunda, o cümlədən Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bu səbəbdən Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İstehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *