Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi – RƏSMİ + VİDEO

Sentyabrın 15-dək metro barədə hər hansı müvafiq qərarın veriləcəyi gözlənilir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, metronun fəaliyyəti potensial riskdir:

“Metronun havalandırma sistemi, digər məqamlar risk faktoru kimi qiymətləndirilir. Bu, dünya praktikası ilə müqayisə edilir. Amma bütün hallarda sentyabrın 15-dək metronun fəaliyyəti müzakirə ediləcək. Bu sahədə daha fərqli qiymətləndirmənin və qərarların alınacağı da istisna edilmir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *