Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi – YENİLƏNİB

Gəncə prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 28-da saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirov Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

* * * * *

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *