Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı

Böyük Britaniyada dünyanın ən bahalı qoyunu satılıb.

“İndependent” xəbər verir ki, qoyun Şotlandiyada “Scottish National Texel Sale” auksionunda hərrəca çıxarılıb.

O, rekord qiymətə – 367,5 min funt sterlinqə (828,308 AZN) satılıb.

“Double Diamond” (İkiqat brilliant) ləqəbli qoyun ilk dəfə 10,5 min funt sterlinqə (23,665 AZN) təqdim edilib.

Əvvəlki rekord 2009-cu ildə Şotlandiyanın Lanark şəhərində auksionda 231 min funt sterlinqə (520,650 AZN) satılan qoçun qiyməti olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *