Zərdabda örüş sahələri əlindən alınan sakinlər yolu bağladı – VİDEO

Zərdabda bir qrup şəxs etiraz edib.

Çallı kənd sakinləri icra nümayəndələri tərəfindən əllərindən alınan örüş sahələrini geri ala bilmədikləri üçün bu gün Ucar-Zərdab yolunu bağlayıblar.

Onlar qeyd ediblər ki, rayona yeni təyin olunan icra başçısı Mərdan Camalov bu yaxınlarda məsələnin qısa zamanda öz həllini tapacağını bildirmişdi: “Təssüflər olsun ki, aylar keçsə də, məsələ öz həllini tapmadı”.

Qeyd edək ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *