ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı

“Kortikosteroid deksametazon” preparatı koronavirusa yoluxanlar arasında ölüm faizini aşağı sala bilər.

TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Təşkilat nümayəndələri koronavirusu ağır keçirən xəstələrin müalicəsində “kortikosteroid”in sistematik istifadəsini tövsiyə edib.

Eyni zamanda qurum bu terapiyanın xəstəliyi yüngül keçirənlər üçün uyğun olmadığı barədə xəbərdarlıq edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *