Bakıda fərdi yaşayış evi yanıb

Bakının Səbail rayonunda ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 4 kvadrat metr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *