İmişlidə ağır qəza: Sürücü hadisə yerində öldü

İmişlidə avtoqəza zamanı sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində “QAZ 24” markalı avtimobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “QAZ 24”ün sürücüsü, Yuxarı Qaralar kənd sakini, 1966-cı il təvəllüdlü Nağıyev Əlikram Fərzəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *