Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 10-na olan statistik göstəriciləri açıqlayıb.

BAKU.WS xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 290 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 988 268 test aparılıb. Aktiv xəstə sayı 2 049 nəfərdir, onlardan 138 nəfər reanimasiyadadır, 14 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *