Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Tağıyeva Rəna Əyyub qızı, 1991-ci il təvəllüdlü Teymurov Elvin Əbülfəz oğlu, 1995-ci il təvəllüdlü Məmmədov Orxan Elxan oğlu və Aygün Nəsirova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *