Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyyə olunur

Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.

Report xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, dördü isə Rusiya vətəndaşıdır.

Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə, Azərbaycana üç minə yaxın şəxsin təxliyyəsi təmin edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *