Samuxda ev yanıb

Samux rayonunda fərdi yaşayış evində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qarabağlar kəndində ümumi sahəsi 144 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 12 kvadrat metr sahədə və dam örtüyü 124 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *