Siqaret tüstülədən xərçəng sosial şəbəkədə fenomen oldu

Qısqaclarında tutduğu siqareti tüstülədə-tüstülədə çimərlikdə gəzən xərçəng barədə görüntülər böyük maraq yaradıb.

DNA-nın məlumatına görə, video Hindistan Meşə Xidmətinin zabiti Susanta Nanda tərəfindən çəkilib.

“Xərçəng siqaret çəkir, bu xərçəng xəstəliyi ilə nəticələnə bilər. Bu dəhşətli yuxu kimidir”, – deyə Nanda videoya şərh yazıb.

Sosial şəbəkə istifadəçiləri videonu birmənalı qarşılamayıb. Bəziləri görüntülərin məzəli olduğunu düşünsə də, bir çoxları ətrafı zibilləməyin acı fəsadlarından söz açıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *