Abşeronda motosiklet sürücüsünü avtomobil vurub

Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qobu yolunda qeydə alınıb.

1997-ci il təvəllüdlü Hüseynov Murad Ramin oğlu idarə etdiyi motosikletdən yıxılıb. Daha sonra onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *