ABŞ kosmosa hərbi baza yerləşdirəcək?

ABŞ gələcəkdə hərbi personalını kosmosa yerləşdirməyi planlaşdırır.

TASS bu barədə ABŞ Kosmik Qüvvələrin Kosmik Əməliyyatlar Komandanlığı rəisi, general-mayor Con Şounun açıqlamasına istinadla xəbər yayır.

Onun sözlərinə görə, hərbi obyektlər qismən muxtar rejimdə işləsəydi, onları daim izləməyə ehtiyac qalmazdı.

Şou əlavə edib ki, Kosmik Qüvvələrin hədəfi təhlükə halında manevr edə bilən, özünü idarə edən peykləri kosmosa yerləşdirməkdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *