“Microsoft Edge” brauzeri “Flash Player” texnologiyasının dəstəyini dayandırır

İlin sonunadək “Edge” və “Internet Explorer” brauzerlərinin istifadəçi versiyaları “Flash Player” texnologiyasının dəstəyini dayandıracaq.

Median.Az ictnews.az-a istinadən bildirir ki, mənbənin məlumatına əsasən, “Microsoft” şirkəti “Edge” brauzerinin “Canary 88” versiyasından “Flash” texnologiyasını silib. Məlumat üçün bildirək ki, “Canary” tərtibatçılar üçün brauzerin eksperimental versiyasıdır, tətbiq edilən yeniliklər bir neçə həftə sonra istifadəçi versiyalarında reallaşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *