Bakıda taxta sexi yandı

Bakı şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 50 kvadrat metr olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Bitişik köşk yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *