ABŞ-da COVID-19-dan ölənlərin sayı 233 mini ötüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 059 yoluxma halı qeydə alınıb, 1 056 nəfər vəfat edib.

APA-nın “worldometers” saytına istinadən verdiyi xəbərə görə, ABŞ-da indiyədək koronavirusa yoluxanların sayı 9 123 229 nəfərə çatıb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 233 157 nəfərdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *