Bu xəbər Ermənistanı çalxaladı: Azərbaycan əsgərləri mülki geyimdə Vardenisdəki restoranların birində…

Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumat alırıq.

Median.Az-ın məlumatına görə, bunu Çiçəklənən Ermənistan Partiyasından olan millət vəkili İveta Tonoyan Ermənistan Milli Məclisinin iclasında bəyan edib.

Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan əsgərlərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini bildirmişlər.

Millət vəkili bildirib ki, Azərbaycan hərbçiləri özlərini olduqca sərbəst hiss edir.//oxu24.com

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *