Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı

Ötən gün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv koronavirus (COVID-19) xəstəsi müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Onlardan 42 nəfər evə qaytarılıb:

“Beş nəfər xəstəxanaya yerləşdirilib. 28 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *