Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

59 yaşlı bəstəkar bu gün dünyasını dəyişib. Onun ölüm xəbərini Bakı Dövlət Universitetindən təsdiqləyiblər.

Qeyd edək ki, N.Mirməmmədli ötən ilin fevralın 19-da BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olunmuşdu.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *