Devid Bekhem prezidenti olduğu klubun baş məşqçisini işindən uzaqlaşdırdı

ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi Dieqo Alonso tutduğu baş məşqçi postundan kənarlaşdırılıb.

“Sport-express” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı D.Alonso 2019-cu ildə yaradılan klubun ilk baş məşqçisi kimi tarixə düşmüşdü.

Xatırladaq ki, “İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq yarımmüdafiəçisi, dünya şöhrətli keçmiş futbolçu Devid Bekhemdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *