Bakıda polis maşını minik avtomobili ilə toqquşub

Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22-də qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil “Opel Astra” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *