Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Qarabağda üç müqavilə sahəsində kəşfiyyat işlərini aparacaq.

Median.Az trend-ə istinadən məlumat verir ki, şirkət Azərbaycan hökumətinin icazəsi alındıqdan sonra Söyüdlü, Qızılbulaq və Vecnəli sahələrinin potensialını qiymətləndirəcək:

“Erməni işğalı müddətində hər üç müqavilə sahəsində faydalı qazıntıların qanunsuz hasilatı aparılırdı”.

Şirkətdən bildiriblər ki, həm mövcud mədənlərin yaxınlığında, həm də müqavilə sahələrindəki geoloji istiqamətlərdə mühüm geoloji-kəşfiyyat potensialı mövcuddur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *