Gəncədə intihara cəhdin qarşısı alınıb

Gəncə şəhərində bir nəfər yaşayış binasının mansarına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *