Ramana sakinlərinin yol problemi – VİDEO

Paytaxtın Sabunçu rayonu, Ramana Südçülük savxozu ərazisində yaşayan sakinlər uzun müddətdir ki yolsuzluqdan əziyyət çəkir.

H.Z.Tağıyev küçəsində kanalizasiya xətlərinin yoxluğu, yığılıb qalan qrunt suları sakinlərin gediş-gəlişini çətinləşdirir.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də onların şikayətlərinə baxılmayıb.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı Baku TV-yə bildirib ki, Ramana qəsəbəsinin bir sıra küçələrində infrastruktur qurulmayıb. Baş plana uyğun olaraq Ramana qəsəbəsinin bütün küçələrində çirkab su infrastrukturu ilə təmin olunması nəzərdə tutulur.

//Baku TV

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *