Koronavirus otaq şəraitində nə qədər qalır?

Koronavirus otaq temperaturunda, müxtəlif növ obyektlərdə üç günə qədər qala bilir.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin COVID-19-un qarşısının alınması və müalicəsi üçün müvəqqəti təlimatlarının yeni versiyasında qeyd edilib.

Eyni zamanda, bildirilir ki, otaq temperaturunda olan maye mühitdə koronavirus yeddi günə qədər qala bilir.

“+4 dərəcə istilikdə virusun stabilliyi 14 gündən çox davam edir”, – deyə təlimatda bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *