Bakıda gənc naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakının Nərimanov rayonunda parkda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı parkda baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov Rüfət İslam oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *