Cəlilabadda yol qəzası olub

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində, Diaqnostika və Müalicə Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə minik avtomobili “Mercedes” markalı minik avtomobilinə çırpılıb. “Mercedes” sonra zərbənin təsirindən yolun kənarındakı işıq dirəyinə çırpılaraq, onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *