Türkiyə PUA-ları bu dəfə dənizdə SINAYACAQ

Türkiyənin Hərbi Dəniz Qüvvələri fevralın 25-dən martın 7-dək “Mavi Vətən – 2021” adlı dəniz təlimləri keçirəcək.

Median.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər ölkənin Egey və Aralıq dənizləri akvatoriyasında baş tutacaq. Təlimlərdə Hərbi Dəniz Qüvvələri ilə yanaşı Quru Qoşunları və Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Bundan başqa, pilotsuz uçan aparatları da dəniz şəraitində sınanacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *