Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir – Müdafiə Nazirliyi

Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.

Qeyd edilib ki, Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *