Hərbi qulluqçular qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *