“AstraZeneca”nın “təhlükəsiz və təsirli” olduğu açıqlandı: Doqquz ölkə yenidən istifadəsinə başlayacaq

Koronavirusa qarşı “AstraZeneca” peyvəndini yenidən araşdıran Avropa Dərman Agentliyi (EMA) onun “təhlükəsiz və təsirli” olduğunu açıqlayıb.

“Sözcü” xəbər verir ki, sözügedən COVID-19 peyvəndinin faydalarının risklərindən daha çox olduğu qeyd edilir.

EMA-nın açıqlamasından sonra peyvəndin istifadəsini dayandıran bir çox ölkə vaksinasiyaya yenidən davam edəcəklərini bildiriblər.

Doqquz ölkə sabahdan etibarən peyvəndin istifadəsinə yenidən başlayır.

Bunlar Fransa, İtaliya, Almaniya, Niderland, İspaniya, Cənubi Kipr, Bolqarıstan, Latviya və Litvadır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *