Gəncədə fiziki məhdudiyyətli qadın yanaraq öldü

Gəncədə baş vermiş yanğında bir nəfər dünyasını dəyişib.

1951-ci il təvəllüdlü, fiziki qüsurlu və yataq xəstəsi olan Hacıyeva Mayisə evdə yanaraq ölüb.

M.Hacıyevanın tək yaşadığı bildirilib. Hadisənin qazla işləyən sobadan kənara çıxan qığılcımlardan yarandığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.