Bakıda körpənin üzərinə qapı düşdü, azyaşlı hadisə yerindəcə keçindi

Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *