Bakıda motosiklet sürücüsü yeniyetməni vuraraq hadisə yerindən qaçdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb. Qədirli küçəsində evlərinin yanında yolu keçən 2007-ci il təvəllüdlü Vəlibəyov Nihad Nazim oğlunu motosiklet vuraraq hadisə yerindən qaçıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı rayon Polisi tərəfindən araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *